02 
May
2024
12:25
217

Parlamentdə bu gün də xüsusi təhlükəsizlik səviyyəsi qüvvədə olacaq

Dünən etiraz aksiyası iştirakçılarının Parlament Sarayına hücumu nəticəsində parlament binasına və infrastruktura ziyan dəyməsi səbəbindən Parlament Sarayında bu gün planlaşdırılmış tədbirlər (büro və plenar iclaslar) keçirilməyəcək.

InterPress.ge xəbər verir ki, bu barədə Gürcüstan parlamenti bəyanat yayıb.

Parlamentin yaydığı bəyanatda qeyd edilir ki, parlament binasında mühafizənin qırmızı səviyyəsi saat 14:00-a qədər qüvvədə olacaq. Saat 14:00-dan sonra isə sarı səviyyə fəaliyyətə başlayacaq və  ziyarətçilərin Parlament Sarayına girişi məhdudlaşdırılacaq.

“Hazırda binaya yalnız Gürcüstan parlamentinin əməkdaşları buraxılacaq.

Mayın 1-də etiraz aksiyası iştirakçılarının Gürcüstan Parlament Sarayına hücumu nəticəsində parlament binasına və infrastruktura ziyan dəydiyi üçün bu gün, mayın 2-də parlament sarayında planlaşdırılan tədbirlər (büro və plenar iclaslar) keçirilməyəcək.

Hazırda Gürcüstan parlamentinin sarayında aidiyyəti strukturlarla birgə təmizlik və bərpa işləri aparılır.

Qırmızı səviyyə zamanı Gürcüstan parlamentinə təhlükənin xüsusiyyətlərinə və ondan yayınma ehtiyacına uyğun olaraq parlament aparatının rəhbəri tərəfindən müəyyən edilən şəxslərdən başqa heç kim buraxılmayacaq.
Mayın 2-də saat 14:00-dan sonra qırmızı səviyyə ləğv ediləcək və sarı səviyyə aktivləşdiriləcək və bu zaman ziyarətçilərin Parlament Sarayına girişi məhdudlaşdırılacaq. Binaya yalnız Gürcüstan parlamentinin əməkdaşları buraxılacaq.

Sözügedən tədbirin məqsədi Gürcüstan Parlamenti Sarayında təhlükəsiz və iş şəraitinin təmin edilməsidir.

Əlavə təhlükəsizlik tədbirləri Gürcüstan parlamenti sədrinin 4 sentyabr 2023-cü il tarixli N1/259/23 “Gürcüstan Parlamentinin Sarayında təhlükəsizliyin mühafizəsi qaydalarının təsdiq edilməsi haqqında” sərəncamına uyğun olaraq həyata keçirilir. - Parlamentin yaydığı bəyanatda qeyd olunur.

Bizimlə əlaqə saxlayın



Digər xəbərlər