10 
Iyn
2024
17:48
623

Gürcüstan AİB-dən 46,2 milyon avro borc alır

Parlamentin Maliyyə və büdcə komitəsinin bu gün keçirilən iclasında “Gürcüstan və Asiya İnkişaf Bankı arasında kredit sazişi”nə dair ratifikasiya sənədi müzakirə olunub.

InterPress.ge xəbər verir ki, parlamentə təqdim olunan izahat kartına əsasən, kreditin məbləği 46,275 milyon avro təşkil edir.

Kredit iki mərhələdə veriləcək. O cümlədən, ilin sonuna kimi Gürcüstana 23 milyon 137 min 500 avro məbləğində kreditin verilməsi, qalan hissəsinin isə 2025-ci ildə ikinci mərhələdə verilməsi planlaşdırılır.

Kreditin maliyyə şərtləri belə görünür:

Kreditin məbləği: 46.275.000 avro

Faiz dərəcəsinin növü: dəyişən, sabit EURIBOR +0,6% əsasında (cari ilin 23 aprel tarixinə EURIBOR 3,844%)

Kreditin müddəti: 15 il (3 il güzəştlə)

Öhdəlik illik 0,15% ödənilməlidir.

Sözügedən kredit səhiyyə sektorunun gücləndirilməsinə yönəldilib. Parlamentdən verilən məlumata görə, proqramın əsas məqsədi səhiyyə sektorunda idarəetmənin, maliyyələşdirmənin səmərəliliyinin və xidmət keyfiyyətinin yüksəldilməsidir.

Bizimlə əlaqə saxlayın