27 
Avq
2020
10:06
448

Vaşadze: "VHM seçkilərdə iqtidar partiyanı məğlub etmək əvəzinə Birləşmiş müxalifətin daxilində siyasi oyunlar oynamağa qərar verib"

"Müxalifət partiyalar İsani və digər majoritar dairələr üzrə razılığa gəlmişdilər lakin, Vahid Milli Hərəkat partiyası İsanidə majoritar deputatlığa namizəd olaraq Xatia Dekanoidzeni irəli sürməklə razılığı pozdular".

InterPres.ge xəbər verir ki, bu barədə Ağmaşenebeli strategiyasının lideri Qiorqi Vaşadze qeyd edib.

Q. Vaşadze eləcə də sosial şəbəkədə yazır ki, VHM seçkilərdə iqtidar partiyanı məğlub etmək əvəzinə Birləşmiş müxalifətin daxilində siyasi oyunlar oynamağa qərar verib.

"Müxalifət partiyalar İsani və digər majoritar dairələr üzrə razılığa gəlmişdilər lakin, Vahid Milli Hərəkat partiyası İsanidə majoritar deputatlığa namizəd olaraq Xatia Dekanoidzeni irəli sürməklə razılığı pozdular. VHM seçkilərdə iqtidar partiyanı məğlub etmək əvəzinə Birləşmiş müxalifətin daxilində siyasi oyunlar oynamağa qərar verib. Bizim həmvətənlərimizə siyasi münaqişələr maraqlandırmır, onlar bizdən yoxsulluğu və cinayətkarlığı aradan qaldırmağımızı gözləyirlər. Demək istədiklərim yalnız bunlardır. Biz İsanidə majoritar namizədimizlə bərabər qalib gələcəyik. Gürcüstanda heç bir uşaq ac qalmamalı, insanlar küçələrə qorxu içində çıxmamalıdırlar. Məni narahat edən bunlardır ",- deyə Q. Vaşadze qeyd edib.

Bizimlə əlaqə saxlayın