29 
Avq
2020
15:08
690

Bu gün Gürcüstanda koronavirusa yoluxanlar haqda açıqlama verildi

"Koronavirusun təsdiqlənmiş 7 yeni halından 2-nin yoluxma mənbəyi epidemioloqlar tərəfindən araşdırılır".

InterPress.ge xəbər verir ki, bu barədə Tbilisinin yoluxucu xəstəliklər xəstəxanasının tibb direktoru Marina Ezuqbaia açıqlama verib.

Onun sözlərinə görə, sağalanların say faizi isə 82 faizi təşkil edir.

"Koronavirusun təsdiqlənmiş 7 yeni halından 3-cü virusdaşıyıcıları ilə təmas, 2-si xaricdən daxilolmadır ki, bunlardan biri yük avtomobili sürücüsüdür, digər 2-nin yoluxma mənbəyi isə naməlumdur və epidemioloqlar tərəfindən araşdırılır.
Sağlamlıqlarına qovuşanların sayı dəyişməz olaraq qalır. Onların say faizləri 82% təşkil edir. Covid mərkəzlərdə 239 nəfər koronavirus xəstəsi müalicə alır. Covid mərkəzlərin reanimasiya və intensiv terapiya şöbələrində 4 kritik ağır və 16 ağır xəstə var.

Yoluxucu xəstəliklər xəstəxanasına gəlincə xəstəxanada 18 nəfər müalicə alır", - deyə Ezuqbaia qeyd edib.

Bizimlə əlaqə saxlayın



Digər xəbərlər