29 
Avq
2020
15:51
1336

Gürcüstanın Marneuli şəhərində "Tasua" yürüşü keçirildi - VİDEO

29 avqust tarixində Marneuli şəhərində hər il olduğu kimi bu ildə Tasua günü münasibəti ilə yürüş keçirildi.

InterPress.ge xəbər verir ki, yürüş Marneulidə yerləşən Gürcüstan Əhli-beyt cəmiyyətinin qarşısından başlayaraq, İmam Əli (ə) məscidinə qədər davam etdi.

Ölkənin müxtəlif bölgələrindən gəlmiş din xadimləri, Marneuli kəndlərdən gələn sakinlər və müsəlmanların iştirakı ilə baş tutan yürüşdə mərsiyələr oxundu və islami şüarlar səsləndirildi.

Əhli-Beyt Cəmiyyətindən başlayan İmam Əli (ə) məscidində başa çatan yürüşdən sonra din xadimlərinin çıxışları baş tutdu və onlar İmam Hüseynin və onun tərəfdarlarının Kərbəlada necə şəhid olduqları haqda bəhs etdilər.

Tədbirin sonunda İmam Əli məscidinin önündə imam ehsanı paylanıldı.

Xatırladaq ki, məhərrəm ayının ilk on günündə İmam Hüseynə əza saxlanılır. Müsəlman alaminin bu tədbiri keçirməkdə məqsədlərindən biridə yüz ilər öncə bundan qabağ olunan haqsızlıqa və zülümə qarşı olduqlarını bildirirlər.

Qeyd edək ki, Məhərrəm ayının 10-cu günü olan Aşura günü isə bu il avqust ayının 30-na təsadüf edir.

Bizimlə əlaqə saxlayın



Digər xəbərlər