29 
Avq
2020
18:07
513

Ezuqbaia dövlət balansında olan bir klinikaya ehtiyac olduğunu bildirdi

"Ölkəyə dövlət balansında olan yoluxucu xəstəliklərdən əziyyət çəkən xəstələrin müalicəsi üçün bir klinikaya ehtiyac var".

InterPress.ge xəbər verir ki, bu haqda Yoluxucu Xəstəliklər Xəstəxanasının tibb direktoru Marina Ezuqbaia infeksion patalogiya və Qiçs mərkəzinin baş direktoru Tenqiz Çerçvadzenin dəyərləndirməsi ilə bağlı jurnalistlərin ünvanladığı suala cavab olaraq açıqlama verib.

M. Ezuqbaianın sözlərinə görə, yoluxucu xəstəliklər xəstəxanası üçün dövlət tərəfindən maliyyə ayrılıb və texniki işlər aparılır.

Ezuqbaianın qeyd etdiyinə görə, ölkənin yoluxucu xəstəliklərdən əziyyət çəkən xəstələrin müalicəsi üçün dövlət balansında olan 1 klinikaya ehtiyacı olduğu yenilik deyil.

"Az öncə qeyd etdiyimiz kimi, bunun üçün maliyyə ayrılıb və texniki işlər aparılır, ümid edirəm ki, müvafiq işlər sonadək davam edəcək" - deyə M. Ezuqbaia bildirib.

Jurnalistin klinikanın koronavirus və ya aiv infeksiya xəstəsi xəstələri nə vaxt qəbul edəcəyinə dair verdiyi suala Ezuqbaia bildirir ki, bunun üçün mərhələli şəkildə servislərin idarəsinə başlanılır.

"Başlanmış işə yəni servislərin həllinə minimum 3 həftə lazımdır. Oksigen çatdırılması servisi üzrə işlər aparılır hal-hazırda. İşlər sona çatdıqdan dərhal sonra xəstələri qəbul edəcəyik", - dedi Ezuqbaia.

Bizimlə əlaqə saxlayın