İtaliyada oğurluq edən Gürcüstan vətəndaşları saxlanılıb
İtaliyada iki Gürcüstan vətəndaşı oğurluq ittihamı ilə saxlanılıb.
InterPress.ge xəbər verir ki, yerli KİV-in məlumatına görə, 30 və 33 yaşlı gürcüləri San-Konkordio stansiyasının və Lukanın mobil radio bölməsinin nümayəndələri həbs ediblər.
Məlum olub ki, onlar iki müxtəlif mağazaya daxil olublar - ilk hadisə saat 11:30-da baş verib - supermarketin mühafizəsi müxtəlif əşyalar oğurlamağa cəhd edən 30 yaşlı kişini saxlayıb, onun kürək çantasında 600 avrodan çox dəyərində məhsul olub.
İkinci hadisə daha sonra, saat 14:45-də baş verib. 33 yaşlı gürcü şəxsin köynəyinin altında gizlədilmiş iki qutu simsiz qulaqcıq və 8 qutu Oral-B diş fırçası olub və onların ümumi dəyəri 300 avro civarında olub.
Karabinyerlər əvvəlcə onları müvəqqəti saxlama təcridxanasına aparıblar, daha sonra məhkəmə onların həbsinə qərar verib.