12 
Iyl
2024
11:15
179

İstintaq xidmətinin əməkdaşları xüsusilə külli miqdarda vergidən qəsdən yayınan bir nəfəri saxlayıblar

Gürcüstan Maliyyə Nazirliyinin istintaq xidmətinin əməkdaşları həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində bir nəfəri, xüsusən də külli miqdarda vergidən qəsdən yayınma faktı üzrə həbs ediblər.

InterPress.gexəbər verir ki, bu barədə İstintaq xidməti məlumat yayıb.

Məlumata əsasən, Adıçəkilən şəxs dövlət büdcəsinə məxsus 1.524.223 lari məbləğində əsas vergidən qəsdən yayınıb.

“İstintaq müəyyən edib ki, şirkətlərdən birinin direktoru və faktiki sahibi olan təqsirləndirilən şəxs qanunsuz maddi səmərə əldə etmək məqsədilə vergi qanunvericiliyini pozaraq sistematik olaraq saxta gəlir bəyannaməsi verib və o bu yol ilə, dövlət büdcəsinə aid olan əsas vergidən - 1 milyon 524 min 223 laridən bilərəkdən yayınıb.

İstintaq Gürcüstan Cinayət Məcəlləsinin 218-E maddəsinin cəza olaraq 5 ildən 8 ilədək müddətə azadlıqdan məhrumetməni nəzərdə tutan ikinci hissəsi ilə aparılır", - deyə məlumatda deyilir.


 

Bizimlə əlaqə saxlayın



Digər xəbərlər