12 
Iyl
2024
11:20
219

Güclü külək Laqodexidə problemlər yaradıb

Güclü külək Laqodexi bələdiyyəsinə ciddi ziyan vurub.

InterPress.ge xəbər verir ki, külək nəticəsində ağaclar və elektrik dirəkləri kökündən sökülüb, bu səbəbdən nəqliyyatın hərəkəti çətinləşib.

Təxminən 5 dəqiqə davam edən pis hava şəraiti nəticəsində Matsimi kəndində bir neçə evin dam örtüyünə ziyan dəyib. Hadisə yerinə fövqəladə hallar idarəsinin və digər müvafiq xidmətlərin əməkdaşları dərhal cəlb olunublar.

Yerli hökumət nümayəndələri indiki mərhələdə dəymiş ziyanla bağlı məlumat olmadığını bildiriblər.

Bizimlə əlaqə saxlayın