15 
Iyl
2024
10:13
244

Bavariyada 24 yaşlı Gürcüstan vətəndaşı saxlanılıb

Almaniyanın Bavariya bölgəsində hüquq-mühafizə orqanlarının əməkdaşları 24 yaşlı gürcü gənci saxlayıblar.

 InterPress.ge xəbər verir ki, yerli KİV-in məlumatına görə, saxlanılan şəxs Türkiyə vətəndaşlarını qanunsuz olaraq Almaniyaya aparırmış.

Həbsdən əvvəl 6 nəfərin yaralandığı yol-nəqliyyat hadisəsi baş verib. Onlardan dördünün vəziyyəti ağırdır.  

KİV-in məlumatına görə, şübhəli şəxs hadisə yerindən qaçmağa çalışaraq həddindən artıq sürətlə ərazini tərk edib. Ancaq təxminən 20 kilometrlik təqibdən sonra polis onu yenə də saxlayıb. 

İstintaqın məlumatına görə, 24 yaşlı gürcü 8 Türkiyə vətəndaşını qeyri-qanuni yollarla Almaniyaya həyati təhlükəsi olan bir vəziyyətdə gətirməkdə və   yol hərəkəti qaydalarını pozmaqla ittiham olunur.

Bizimlə əlaqə saxlayın