UEFA: Giorgi Mamardaşvili 29 zərbəni dəf edərək Avro-2024-də ən yaxşı nəticəni göstərdi
Gürcüstan millisinin qapıçısı Giorgi Mamardaşvili “Avro-2024”də 29 zərbəni dəf edərək, ən yaxşı nəticəni göstərib. Mamardaşvilinin nəticəsini 11 seyvlə geridə qoyan Bart Verbrugge seyvlərin sayına görə ikinci yerdədir.
InterPress.ge xəbər verir ki, bu barədə məlumat UEFA-nın statistikasında yer alıb.
Giorgi Mamardaşvili Çexiya millisinə qarşı ən çox 11 seyv edib və matçın ən yaxşı oyunçusu seçilib.
Qeyd edək ki, UEFA Avropa çempionatında ən yaxşı qapıçı üçün xüsusi olaraq mükafat təsis etməyib, sadəcə olaraq, turnirin simvolik komandasını açıqlayır və bu, daha sonra açıqlanacaq.
Xatırladırıq ki, Gürcüstan milli futbol komandası ilk Avropa çempionatını 1/8 finalda İspaniyaya qarşı keçirib. İspaniya millisi Gürcüstan millisini məğlub edərək 1/4 finala vəsiqə qazanıb. Komandalar arasında keçirilən görüş 4:1 hesabı ilə başa çatıb.


