19 
Iyl
2024
12:28
206

İstintaq xidməti dələduzluq yolu ilə külli miqdarda torpaq sahəsini ələ keçirməyə cəhd edən üç nəfəri saxlayıb

Gürcüstan Maliyyə Nazirliyinin İstintaq Xidmətinin əməkdaşları tərəfindən həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri və istintaq hərəkətləri nəticəsində, saxta sənədlərdən istifadə edərək, dələduzluq yolu ilə külli miqdarda torpaq sahəsini ələ keçirməyə cəhd edən biri xarici ölkə vətəndaşı olan 3 nəfər saxlanılıb.

InterPress.ge xəbər verir ki, bu barədə Gürcüstan Maliyyə Nazirliyinin istintaq xidməti məlumat yayıb.

Məlumata əsasən, cinayət 6 ildən 9 ilə qədər azadlıqdan məhrumetmə ilə cəzalandırılır.

“İstintaqda müəyyən edilib ki, təqsirləndirilən şəxslər xaricdə saxta etibarnamə tərtib ediblər və bu etibarnamə ilə mülkiyyətçi iddia edilən şəxslərdən birinə torpaq sahəsini özgəninkiləşdirməyə səlahiyyət verib. Qeyd olunan saxta etibarnamə əsasında Kaxeti rayonunda 2 milyon 710 min kv.m torpaq sahəsinin alqı-satqısına dair qondarma müqavilə bağlanaraq, qeydiyyata alınması üçün “Milli Dövlət Reyestri Agentliyi”nə təqdim edilib.

Qurumun izahatına görə, istintaq xidməti tərəfindən səmərəli həyata keçirilən tədbirlər nəticəsində torpaq mülkiyyətçisinə külli miqdarda maddi ziyan vurulması ehtimalının qarşısı alınıb.

İstintaq Gürcüstan Cinayət Məcəlləsinin 6 ildən 9 ilədək müddətə azadlıqdan məhrumetməni nəzərdə tutan 362-e və 19-180-e maddələri ilə davam etdirilir.


 

Bizimlə əlaqə saxlayın