19 
Iyl
2024
12:59
182

Xonidə qətl hadisəsi baş verib - bir nəfər saxlanılıb

Xonidə, Asxi dağında qarşılıqlı mübahisə zəminində bir nəfər öldürülüb.

InterPress.ge xəbər verir ki, bu barədə  Daxili İşlər Nazirliyindən bildirilib.

Nazirliyim məlumatına görə,sözügedən qətl hadisəsi ilə bağlı bir nəfər tutulub.

"Polis, İmeretidə baş verən qəsdən adam öldürmə ittihamı ilə isti izlərlə bir nəfəri saxlayıb.

Daxili İşlər Nazirliyinin İmereti RPŞ əməkdaşları həyata keçirdikləri əməliyyat tədbirləri və istintaq hərəkətləri nəticəsində qəsdən adam öldürmədə təqsirli bilinən 1976-cı il təvəllüdlü M.C.-ni yaxalayıblar.O, həbs edilib.

Cinayət 10 ildən 15 ilədək azadlıqdan məhrum etmə ilə cəzalandırılır.

İstintaq müəyyən edib ki, təqsirləndirilən şəxs T.F.-yə soyuq silahla ölümcül xəsarət yetirib.

Həyata keçirilmiş istintaq-əməliyyat tədbirləri nəticəsində hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən təqsirləndirilən şəxs “isti izlər”lə yaxalanıb.

Qəsdən adam öldürmə faktı üzrə istintaq Gürcüstan Cinayət Məcəlləsinin 108-ci maddəsi ilə aparılır”, - Daxili İşlər Nazirliyinin yaydığı məlumatda deyilir.

Bizimlə əlaqə saxlayın