22 
Iyl
2024
11:59
342

Saxta sənədlərdən istifadə etməklə dələduzluq yolu ilə özgənin külli miqdarda əmlakını ələ keçirməyə cəhd edən şəxslər saxlanılıb

Gürcüstan Prokurorluğu bir xarici və iki Gürcüstan vətəndaşını saxta sənədlərdən istifadə etməklə dələduzluq yolu ilə özgənin külli miqdarda əmlakını ələ keçirməyə cəhd etməkdə ittiham edib.

InterPress.ge xəbər verir ki, bu barədə Gürcüstan Prokurorluğu məlumat yayıb.

Qurumun məlumatına görə, Maliyyə Nazirliyinin İstintaq Xidməti tərəfindən aparılan araşdırmalar nəticəsində müəyyən edilib ki, təqsirləndirilən şəxslər 2 milyon 710 min kv. m torpaq sahəsini dələduzluq yolu ilə ələ keçirmək üçün saxta sənədlər - xarici dildə etibarnamə və alqı-satqı müqaviləsi hazırlayıblar.

"Cinayətkar dəstə üzvlərindən birinə torpaq sahəsinin dəyişdirilməsi məqsədi ilə təqsirləndirilən şəxslər dövlət reyestrinə saxta sənədlər təqdim etsələr də, hüquq-mühafizə orqanlarının operativ reaksiyası nəticəsində həmin sənədləri tamamlaya bilməyiblər.

Təqdim olunan ittiham 6 ildən 9 ilə qədər həbsi nəzərdə tutur.

Hər üç təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilib.

Cinayətkar qrupun digər üzvlərinin müəyyən edilərək ifşa olunması məqsədilə Maliyyə Nazirliyinin İstintaq Xidmətində araşdırmalar davam etdirilir", - məlumatda deyilir.

Bizimlə əlaqə saxlayın