23 
Iyl
2024
14:35
304

Gürcüstan vətəndaşı Sxinvalidə həbs cəzasına məhkum edilib

Sxinvalinin [de-fakto] məhkəməsi bölücü xətt üzrə həbs edilmiş Gürcüstan vətəndaşı Ramaz Begelurini 8 ay müddətinə azadlıqdan məhrum edib. Yaxınlarının dediyinə görə, o, 5-ci dəfə həbs olunub.

InterPress.ge xəbər verir ki, saxlanılan şəxsin anası jurnalistlərə bildirib ki, Begeluri epilepsiya xəstəsidir və sonuncu həbsdən sonra oğlunun səhhəti xeyli pisləşib və onun daimi həkim nəzarətinə ehtiyacı var.

Dövlət Təhlükəsizlik Xidməti bildirir ki, Begelurinin azad olması üçün bütün mövcud mexanizmlərdən istifadə edilir. Xüsusilə, bu məsələ Erqnetidə İnsidentlərin Qarşısının Alınması və Cavab Mexanizminin (IPRM) bu gün, iyulun 23-də keçirilməsi planlaşdırılan növbəti iclasının gündəliyində olacaq.

Hazırda Sxinvalidə 8 Gürcüstan vətəndaşı həbsdədir.
 

Bizimlə əlaqə saxlayın