26 
Iyl
2024
18:54
393

AK rəhbəri: Aİ Ukraynaya 1,5 milyard avro köçürəcək

Avropa İttifaqı (Aİ) Rusiyanın dondurulmuş aktivlərindən əldə edilən 1,5 milyard avronu bu gün Ukraynaya köçürəcək.

InterPress.ge xəbər verir ki, bunu Avropa Komissiyasının rəhbəri Ursula fon der Lyayen deyib.

“Bu gün biz Rusiyanın immobilizasiya olunmuş aktivlərindən əldə edilən 1,5 milyard avro məbləğində gəliri Ukraynanın müdafiəsi və bərpasına köçürdük”, - deyə o, “X” sosial şəbəkəsində yazıb.

Bizimlə əlaqə saxlayın



Digər xəbərlər