31 
Avq
2020
15:29
974

Vahid Milli İmtahanların yekun nəticələri açıqlandı - Neçə nəfər dövlət təqaüdü qazandı?

Bu il tələbə adını 26 614 abituriyent, 6550 abituriyent isə dövlət təqaüdü qazanıb.

InterPress.ge xəbər verir ki, bu gün milli imtahanların nəticələri məlum olub.

"Bu gün abituriyentlərin milli imtahan nəticələri və dövlət təqaüdü haqqında məlumat bəlli olub. 2020-ci ildə ali məktəblərdə 26 614 abituriyent təhsilini davam etdirəcək. Onları təbrik edir, həyatlarının yeni mərhələlərində müvəffəqiyyətlər arzulayırıq.

Çətin vəziyyətdə milli imtahanlarda iştirak edə bilməyən abituriyentlər isə ümidlərini və həvəslərini itirməsinlər. Gələcəkdə ali məktəblərdə təhsillərini davam etdirmək üçün imkanları olacaq ", - deyə Sopio Qorqodze bildirib.

Onun sözlərinə görə, 1000 dən çox tələbə 100% maliyyələşmə, 1500 dək abituriyent 70 % maliyyələşmə, 4000-dən çox abituriyent isə 50% qrant qazanıb.

"Cari ili ötən illə müqayisə etsək, görərik ki, keçən il ali təhsil ocaqlarına 71 faiz, bu il isə 75 faiz abituriyent qəbul olub.

Tələbə adını qazanan abituriyentlərə bildirmək istəyirəm ki, təhsillərini davam etdirmək üçün qəbul olduqları universitetlərdə qeydiyyatdan keçə bilərlər ", - dedi Qorqodze.

Bizimlə əlaqə saxlayın