01 
Sen
2020
10:03
2418

Uşaqlarla bağlı bu gündən yeni qanun qüvvəyə minir

Uşaq hüquqları məcəlləsi bu gündən etibarən qüvvəyə minir.

InterPress.ge xəbə verir ki, məcəllə 1 iyun tarixindən qüvvədə olmalı idi, lakin Pandemiyadan irəli gələrək 3 ay uzadıldı. Tarixin uzadılmasına səbəb kimi müvafiq qurumların hazırlaşması gətirildi.

Qanunlayihəyədə qeyd edilir ki, müvafiq qurumlar zəruri aktlar, proqramlar qəbul etməlidirlər və lazımi tədbirlər həyata keçirməlidirlər. Eləcə də uşaqla işləyən bütün şəxslər ( peşəkarlar) müvafiq hazırlıqdan keçməlidirlər.

Parlament uşaq hüquqları məcəlləsi keçən il qəbul etmişdi. Məcəllə uşaqların hüquqlarının müdafiəsi məqsədilə konkret tədbirlərin keçirilməsini nəzərdə tutur.

Gürcüstan parlamentinin insan hüquqlarının müdafiəsi komitəsinin üzvü Sopo Kiladze bir neçə gün öncə sosial şəbəkədə məcəllənin qüvvəyə minməsi nəticəsində 1 sentyabrdan etibarən mediada və internetdə uşaqlar üçün təhlükəli məzmunda olan hər hansı bir məlumatı yaymaq qadağan olunduğunu bildirimişdi.

Bundan əlavə, artəq valideyn və ya qəyyum azyaşlıya məxsus daşınan /daşınmaz əmlak haqda qərarı yalnız məhkəmənin razılığı ilə qərar qəbul edə bilcək.

Uşağa məxsus daşınan /daşınmaz əmlakla bağlı məhkəmənin razılığı ilə uşağın maraqlarına qoruyaraq valideynləri və ya digər qanuni nümayəndəsi tərəfindən qərar qəbul edilə bilər.

186-cı maddəyə görə, "Uşağa məxsus 1000 laridən çox dəyəri olan daşınan əmlakın uşağın valideynləri və ya digər qanuni nümayəndəsi tərəfindən məhkəmənin razılığı ilə uşağın xeyrinə qərar verilməsinə icazə verilir.

Yəni əgər uşağa ev hədiyyə edilibsə uşağın adına ev varsa və ata anası onu satmaq istəyirsə məhkəməyə müraciət etməlidi, məhkəmə satma səbəbinə görə qərar verəcək, məhkəmə razılıq versə ata ana evi sata bilər, razılıq verilməsə sata bilməz.

Bizimlə əlaqə saxlayın