Yaponiyadan Gürcüstana avtomobillərin idxalı azalıb
Bu ilin birinci yarısında Gürcüstana avtomobil idxal edən ölkələr arasında Yaponiya ikinci yerdə olub və onun idxalda payı 15,5% təşkil edib.
InterPress.ge xəbər verir ki, Yaponiya ikinci ən böyük avtomobil idxalçısı olsa da, bu ölkədən idxal illik nisbətdə 20,8% azalıb.
Sakstat-ın məlumatına görə, ötən ilin ilk altı ayında Yaponiyadan 243,74 milyon dollar (9 min 917 ədəd), 2024-cü ilin eyni dövründə isə 193 milyon dollardan (12 min 918 ədəd) çox dəyərində avtomobil idxal edilib.
Qiymətə gəlincə, ötən ilin yanvar-iyun aylarında orta hesabla bir avtomobilin idxal qiyməti 24 min 578 dollar, bu il isə 14 min 941 dollar olub. Qeyd: Marka və modeldən asılı olaraq bir avtomobilin qiyməti az və ya çox ola bilər.
Məlumat üçün bildirək ki, 2024-cü ilin yanvar-iyun aylarında Gürcüstan dəyəri 1,246 milyard dollardan çox olan 83 296 avtomobil alıb. Avtomobil idxalında ən böyük pay Amerikadan olub, ölkə ondan 706,7 milyon dollar dəyərində 59 453 avtomobil alıb.


