05 
Avq
2024
19:55
1537

"Kazbeqi" gömrük-keçid məntəqəsi bu tarixdə fəaliyyət göstərməyəcək

Avqustun 6-da saat 05:00-dan 10:00-dək “Kazbeqi” gömrük keçid məntəqəsində texniki işlərin aparılması ilə əlaqədar gömrük nəzarəti prosedurları müvəqqəti dayandırılacaq.

InterPress.ge xəbər verir, bu barədə Gəlirlər Xidməti məlumat yayıb. 

Məlum olduğu kimi, Gürcüstanın gömrük sərhədində malların idxalı və ixracı müvəqqəti dayandırılacaq, habelə qeyd olunan gömrük keçid məntəqəsindən dövlət sərhədindən keçmək istəyən fiziki şəxslər üçün gömrük nəzarəti prosedurları həyata keçirilməyəcək.

Bundan başqa, qeyd olunan müddətdə “Dariali” sərhəd-keçid məntəqəsində hər iki istiqamətdə sərnişinlərin gediş-gəlişi (pasport nəzarəti və gömrük prosedurları) dayandırılacaq.

Bərpa işləri başa çatan kimi “Kazbeqi” gömrük-keçid məntəqəsi adi rejimdə, 7/24, tam gücü ilə fəaliyyətini davam etdirəcək. Müvafiq olaraq, sərnişinlərin və yüklərin keçidi rahat həyata keçiriləcək

Bizimlə əlaqə saxlayın