06 
Avq
2024
10:11
681

İstintaq xidməti tərəfindən xüsusilə külli miqdarda qəsdən vergidən yayınma faktı müəyyən edilib

Gürcüstan Maliyyə Nazirliyinin istintaq xidmətinin əməkdaşları tərəfindən xüsusilə külli miqdarda vergidən qəsdən yayınma faktı üzrə həyata keçirilmiş istintaq hərəkətləri nəticəsində bir nəfər barəsində cinayət təqibi başlanıb.

InterPress.ge xəbər verir ki, bu barədə Gürcüstan Maliyyə Nazirliyi məlumat yayıb.

İstintaq xidmətinin məlumatına görə, istintaq müəyyən edib ki, təqsirləndirilən şəxs qanunsuz maddi səmərə əldə etmək məqsədilə vergi qanunvericiliyini pozaraq, idarə etdiyi şirkətin gəlirlərini sistematik olaraq düzgün bəyan etməməklə, hansısa yolla əsas gəlir əldə etmək məqsədi ilə, dövlət büdcəsinə məxsus - 8 810 751 lari məbləğində vergidən yayınıb. 

İstintaq Gürcüstan Cinayət Məcəlləsinin 218-e maddəsinin ikinci hissəsi ilə aparılır. cəza olaraq 5 ildən 8 ilədək müddətə azadlıqdan məhrum etməni nəzərdə tutur.

Bizimlə əlaqə saxlayın



Digər xəbərlər