2020-ci ildən sonra Gürcüstanda hər il ölüm nisbəti doğum nisbətini üstələyir
2020-ci ildən sonra Gürcüstanda hər il ölüm nisbəti doğum nisbətini üstələyir. 2020-2023-cü illərdə Gürcüstanda 175 min uşaq doğulub, 202,3 min nəfər ölüb.
InterPress.ge xəbər verir ki, IDFI (İnformasiya Azadlığının İnkişafı İnstitutu) bu məlumatı Sakstat-ın məlumatlarına əsaslanaraq yayıb.
Məlumata görə, 2021-ci ildə doğulanlar ilə ölənlər arasında xüsusilə böyük fərq olub.
Ölüm səbəbləri arasında qan dövranı sistemi xəstəlikləri birinci yerdədir. İkinci yerdə xərçəng, üçüncü yerdə tənəffüs sistemi xəstəlikləri gəlir.
12 ildə intihar nəticəsində ölüm halları da (hər 100 min nəfərə) artıb. 2012-ci ildə bu göstərici (hər iki cins) 2,8, 2023-cü ildə isə 5,6 olub, 2018-2019-cu illərdə xüsusilə yüksək olub və 6,7-7-yə çatıb.
Əhalisinə gəlincə, 2024-cü il yanvarın 1-nə Gürcüstan əhalisinin sayı 3 milyon 694,6 min nəfər olub.


