17 
Avq
2024
17:53
584

Gürcüstanda “meymunçiçəyi”nin yayılma riski varmı?

"Meymunçiçəyi" ilə bağlı epidemioloqlar panikaya səbəb görmür və bu mərhələdə virusun pandemiya şəklində yayılma riskinin az olduğunu bildirirlər.

InterPress.ge xəbər verir ki, mütəxəssislər viral infeksiyanı xarakterizə edən simptomlar haqqında danışıblar.

Onların fikrincə, meymunçiçəyi ümumi zəiflik, oynaq ağrıları və yüksək hərarətlə yanaşı, bütün bədəndə spesifik səpgi ilə seçilir.  Virus yoluxmuş şəxslə yaxın təmas zamanı ötürülür. Səhiyyə nümayəndələri və epidemioloqlar əhalini oxşar simptomlarla qarşılaşdıqda qarşısının alınması üçün tibb müəssisələrinə müraciət etməyə çağırır.

"Bu xəstəlik korona kimi pandemiyaya səbəb ola bilməz, lakin bunu mütləq qeyd etmək lazımdır ki, xüsusi müalicə üsulları yoxdur. Peyvəndin növləri var.

Gürcüstanda indiki mərhələdə narahatedici vəziyyət yoxdur. Biz əhalini səfərdən sonra infeksiyaya bənzər simptomlar başlayarsa və meymunçiçəyinə xas olan şiddətli xoralı səpgilər yaranarsa, vaxtında simptomatik müalicə üçün mütləq həkimə müraciət etməyə çağırırıq”, - epidemioloq Maia Kaşia deyib 

Meymunçiçəyi halları 2022-ci ildə də qeydə alınıb, lakin 2024-cü ildə yeni ştammın əsas xüsusiyyətlərindən biri sürətlə yayılmasıdır.

Bizimlə əlaqə saxlayın