21 
Avq
2024
18:32
375

İşğal rejimi Gürcüstan vətəndaşını Otobaya kəndində qanunsuz olaraq saxlayıb

İşğal rejimi Gürcüstan vətəndaşını Otobaya kəndində qanunsuz olaraq saxlayıb.

InterPress.ge xəbər verir ki, bu barədə Dövlət Təhlükəsizliyi Xidməti məlumat yayıb.

"İşğal rejiminin nümayəndələri qaynar xətt vasitəsilə qeyd olunanları təsdiqləyərək bildirdilər  ki, bu halda da “qanunsuz miqrasiya"ya qarşı “cinayət işi” başlanıb və "təqsirləndirilən" şəxs “məhkəmə” tərəfindən 2 ay müddətinə "həbs edilib". 

Hakimiyyət tərəfindən bütün mövcud mexanizmlər işə salınıb və qanunsuz saxlanılan şəxslərin dərhal azad edilməsi istiqamətində fəal iş aparılır. İşğal rejiminin Gürcüstan vətəndaşlarına qarşı törətdiyi zorakılıq və qanunsuz hərəkətlərlə bağlı “qaynar xətt” vasitəsilə daimi əlaqə həyata keçirilir. Məlumat Cenevrədəki beynəlxalq müzakirələrin həmsədrlərinə və beynəlxalq tərəfdaşlarımıza təqdim olunacaq”, - DTX-nin bəyanatında deyilir.

Xatırladaq ki, DTX-nin məlumatına görə, işğalçı rejim nümayəndələri işğal altında olan Qali rayonunun Otobaya kəndində yaşayan iki Gürcüstan vətəndaşını qanunsuz olaraq saxlayıblar.

Bizimlə əlaqə saxlayın