27 
Avq
2024
14:32
361

Qonşusunu ov tüfəngi ilə öldürməkdə təqsirli bilinən şəxsə qarşı ittiham irəli sürüldü

Gürcüstan Prokurorluğu bir nəfərə qarşı Martvildə baş verən qəsdən adam öldürmə ittihamı irəli sürüb.

InterPress.ge xəbər verir ki, bu barədə Gürcüstan Daxili İşlər Nazirliyi məlumat yayıb.

Nazirliyin apardığı istintaqla müəyyən edilib ki, avqustun 26-da Martvili bələdiyyəsinin Abedati kəndində təqsirləndirilən şəxs qarşılıqlı mübahisə zəminində qonşusunu ov tüfəngindən açdığı atəşlə qətlə yetirib.

Hüquq-mühafizə orqanlarının əməkdaşları təqsirləndirilən şəxsi elə həmin gün həbs ediblər. O, Gürcüstan Cinayət Məcəlləsinin 10 ildən 15 ilədək həbsi nəzərdə tutan 108-ci (qəsdən adam öldürmə) maddəsi ilə ittiham olunub.

Prokurorluq təqsirləndirilən şəxsin barəsində həbs həbs-qətimkan tədbiri seçilməsi barədə vəsatətlə qanunla müəyyən edilmiş müddətdə məhkəməyə müraciət edəcək”, - deyə prokurorluqdan bildirilib.

Bizimlə əlaqə saxlayın