Bəzi regionlarda və paytaxtda atmosfer havasında bərk hissəciklərin tərkibində artım müşahidə olunub
Gürcüstanın bəzi regionlarında, eləcə də paytaxtda avqustun 30-dan etibarən havada bərk hissəciklərin (PM10, PM2.5) tərkibində artım qeydə alınıb.
InterPress.ge xəbər verir ki, bu barədə Milli Ətraf Mühit Agentliyi məlumat yayıb.
Məlumata görə, əsasən bu transsərhəd çirklənmə ilə əlaqədardır və buna səbəb səhra toz kütlələrinin cənub-qərb, cənub və cənub-şərqdən az sayda yayılmasıdır.
Qurumun hesabatına görə, transsərhəd çirklənmə ilin müəyyən günlərində analoji sinoptik vəziyyət zamanı qeydə alınır.
“Gürcüstanın Ətraf Mühitin Mühafizəsi və Kənd Təsərrüfatı Nazirliyinin Milli Ətraf Mühit Agentliyi avtomatik stansiyalar vasitəsilə atmosfer havasının keyfiyyətinin davamlı monitorinqini davam etdirir.
İstənilən maraqlanan şəxsin atmosfer havasının keyfiyyəti portalında - https://www.air.gov.ge-də havanın keyfiyyəti ilə tanış olmaq, həmçinin sağlamlıqla bağlı tövsiyələr almaq imkanı var”, - məlumatda qeyd olunur.


