Gənc oğlanı boğaraq öldürən şəxslər saxlanılıb
Polis Şida Kartlidə qəsdən adam öldürmə ittihamı ilə 2 nəfəri həbs edib.
InterPress.ge xəbər verir ki, bu barədə DİN məlumat yayıb.
Qurumdan verilən məlumata görə, DİN-in Şida Kartli RPŞ əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri və əməliyyat-istintaq tədbirləri nəticəsində 1968-ci il təvəllüdlü E.M. qəsdən adam öldürmə ittihamı ilə, onun qardaşı 1959-cu il təvəllüdlü E.M. isə eyni cinayətin törədilməsinə köməklik göstərdiyinə görə saxlanılıb.
“Cinayət 15 ilə qədər azadlıqdan məhrumetmə ilə cəzalandırılır.
İstintaq müəyyən edib ki, təqsirləndirilən şəxslər Kareli bələdiyyəsində qarşılıqlı mübahisə zəminində 1996-cı il təvəllüdlü N.C.-nin əllərini kəndirlə bağlayıb və boğublar.
Hüquq-mühafizə orqanlarının əməkdaşları təqsirləndirilən şəxsi isti izlərlə həbs ediblər.
Faktla bağlı Cinayət Məcəlləsinin 108-ci və 25-108-ci maddələri ilə araşdırma aparılır”, - məlumatda deyilir.


