04 
Sen
2024
15:49
252

Amnistiya qanunu ikinci oxunuşda qəbul edildi

“Gürcü arzusu” amnistiya qanun layihəsini 84 lehinə 0 əleyhinə olmaqla ikinci oxunuşda  dəstəkləyib.

InterPress.ge xəbər verir ki, bu barədə Parlamentin rəsmi məlumatında bildirilib.

Qanun layihəsinə əsasən, soyuq silah gəzdirdiyinə görə məhkum olunmuş şəxslərə amnistiya yalnız müəyyən qeyd-şərtlərlə şamil ediləcək.

Onların izahatına görə, 2381-ci maddənin birinci hissəsində nəzərdə tutulmuş, narkotik vasitələrdən istifadə etməkdə təqsirli bilinən şəxs tərəfindən soyuq silah gəzdirilməsi ilə bağlı hərəkətləri törətmiş şəxslər cinayət məsuliyyətindən və cəzadan azad ediləcəklər.

Qanun layihəsinə əsasən, yanğın təhlükəsizliyi qaydalarının pozulmasına görə məhkum olunmuş şəxslər yalnız zərərçəkmişlərin razılığı olduqda cinayət məsuliyyətindən və cəzadan azad ediləcəklər.Həmçinin zərərçəkmişlərin razılığı ilə sənədi saxtalaşdırmaqda təqsirləndirilən şəxslər azadlığa buraxılacaq.

Narkotiklərlə bağlı cinayətlərə gəlincə - Cinayət Məcəlləsinin 260-cı maddəsinin 3-cü hissəsində, 261-ci maddəsinin 3-cü hissəsində və 265-ci maddəsinin 2-ci hissəsində nəzərdə tutulmuş cinayətlər qrup halında törədildikdə, cəza yarıya qədər azaldılımayacaq, əksinə 1/6 azalacaq.

Qanuna ediləcək dəyişikliyə əsasən, amnistiya cinayətlərin ört-basdır edilməsinə və xəbər verilməməsinə görə cəzaları da əhatə edəcək.
Konkret cinayətə görə nəzərdə tutulan cəzanın müddəti bu cinayətin ört-basdır edilməsinə və ya xəbər verilməməsinə görə müəyyən edilən cəza müddəti qədər azaldılacaq.

Layihədə amnistiyanın aşağıdakı formaları nəzərdə tutulur: dərhal azadlığa buraxılma; Cəza müddətinin 1/2, 1/4 və 1/6 azaldılması, habelə şərti məhkumlar üçün bir il sınaq müddətinin azaldılması.

Qeyd edək ki, “Amnistiya haqqında” qanun layihəsi adam öldürmə, narkotik vasitələrin qanunsuz dövriyyəsi, seksual xarakterli cinayətlər, quldurluq, terrorizm, korrupsiya və vəzifəli şəxslərin cinayətləri, mütəşəkkil cinayətkarlıq, şərti cinayətlər və digər ağır və xüsusilə ağır cinayətlərə görə məhkum olunmuş şəxslərə şamil edilməyəcək.

Amnistiya haqqında qanun layihəsinin icrasına başlandıqdan sonra 1000-ə yaxın şəxs dərhal azadlığa buraxılacaq, 4800-ə yaxın şəxsin isə cəzası müxtəlif müddətlərlə azaldılaraq, onlar tədricən cəzaçəkmə müəssisələrini tərk edəcəklər. 

Qeyd edək ki, müxalifətin əksəriyyəti qanun layihəsinin müzakirəsində və səsvermədə iştirak etməyib.

Bizimlə əlaqə saxlayın