Gürcüstan əhalisi ən çox MERCEDES-BENZ markalı avtomobillərdən istifadə edir
Sakstat məlumatlarına görə, bu il Gürcüstanda 1,72 milyondan çox avtomobil qeydiyyatdan keçib.
InterPress.ge xəbər verir ki, qeydiyyata alınan nəqliyyat vasitələrinin sayı ötən illə müqayisədə 2,9% artıb.
O cümlədən, ötən il ölkədə 1 milyon 680 mindən çox avtomobil qeydiyyata alınıb.
Eyni məlumatlara görə, Gürcüstanda ən çox MERCEDES-BENZ markalı avtomobil qeydə alınıb. Onların sayı 215 447-dir. İkinci yeri TOYOTA tutur - Gürcüstanda bu markalı 187 022 avtomobil var.
Bundan başqa, FORD üçüncü yerdədir. Sakstat-ın məlumatına görə, Gürcüstanda 165 974 FORD avtomobili var. Dördüncü yeri 153 579 avtomobillə VAZ tutur. İlk beşliyi OPEL qapayır. Sakstat-ın məlumatına görə, Gürcüstanda qeyd olunan markalı 146 876 avtomobil qeydiyyatdan keçib.


