Laqodexidən olan həmyerlimiz Xuraman Qasımova avropa çempionatına vəsiqə qazanıb
Laqodexi rayonunun Qabal qəsəbəsindən olan, Xuraman Qasımova avropa çempionatına vəsiqə qazanıb.
InterPress.ge xəbər verir ki, bu barədə İctimai fəal, Elvin Tağıyev öz müsahibəsində bildirib.
Onun sözlərinə görə, bu ilin 6-7 sentyabr tarixlərində keçirilən paralimpiya yarışılarına, Laqodexi rayonunun Qabal qəsəbəsindən olan 19 yaşlı həmyerlimiz Xuraman Qasımova qatılaraq Gürcüstanı təmsil edib.
Xuraman, keçirilən yarışda, kik boks idman növü üzrə döyüşdə, Polşalı və Ukraynalı rəqiblərinə sarsıdıcı zərbələr vuraraq məğlub edib. O bununla da finala vəsiqə qazanaraq qızıl medal uğurunda mübarizəsini davam etdirəcək.
Beləliklə gənc idmançı Xuraman Qasımova eyni zamanda avropa çempionatınada vəsiqə qazanmışdır. Onu bu möhtəşəm qələbə münasibətilə təbrik edirik.


