16 
Sen
2024
15:01
273

Başqalarına ipoteka yolu ilə verilmiş və ya satılmış yaşayış mənzillərini vətəndaşlara satan şəxslərə qarşı ittiham irəli sürülüb

Başqa şəxslərə ipoteka yolu ilə verilmiş və ya satılan, bəzi hallarda isə ümumiyyətlə tikilməmiş yaşayış mənzillərini vətəndaşlara satan iki şəxs barəsində prokurorluq tərəfindən ittiham irəli sürülüb.

InterPress.ge xəbər verir ki, bu barədə  prokurorluq  məlumat yayıb.

Qurumun məlumatına görə, bu yolla müttəhimlər 73 zərərçəkmişə məxsus 4 163 620 larini mənimsəyiblər.

“Gürcüstan Prokurorluğu tikinti şirkətinin direktoruna və həmin şirkətin direktoru səlahiyyətinə malik olan şəxsə qarşı qrup tərəfindən qabaqcadan razılaşma ilə külli miqdarda vəsaitin dələduzluq yolu ilə əldə edilməsi faktları üzrə ittiham irəli sürüb.

Daxili İşlər Nazirliyi tərəfindən aparılan araşdırmalarla müəyyən edilib ki, “Dighomi Tower” MMC-nin tikinti şirkətinin direktoru və həmin şirkətin direktoru səlahiyyətinə malik olan şəxs şirkətin adını “Tim Devolopment” olaraq dəyişiblər. Diğomi kəndinin Otx atasi Məsxi küçəsində yerləşən tikilməkdə olan binada yaşayış mənzilləri hissə-hissə və ya alqı-satqı müqaviləsi əsasında vətəndaşlara satılıb. Faktiki olaraq qeyd olunan binalar artıq başqa şəxslərə girov qoyulub və ya satılıb, bəzi hallarda isə bina ümumiyyətlə tikilməyib. Bu yolla təqsirləndirilən şəxslər 73 zərərçəkmişə məxsus 4 milyon 163 min 620 lari mənimsəyiblər.

Hüquq-mühafizə orqanlarının əməkdaşları hər iki təqsirləndirilən şəxsi sentyabrın 12-də həbs ediblər. Onlara qrup halında qulluq mövqeyindən istifadə edərək çoxsaylı dələduzluq faktları üzrə ittiham irəli sürülüb.
Prokurorluğun vəsatəti əsasında təqsirləndirilən şəxslər barəsində artıq həbs qətimkan tədbiri seçilib.

Təqsirləndirilən şəxslərin törətdikləri ehtimal olunan digər cinayət faktları üzrə də Daxili İşlər Nazirliyində başlanmış cinayət işinin istintaqı davam etdirilir”, - məlumatda deyilir.

 

 

Bizimlə əlaqə saxlayın