Fiziki məhdudiyyətli şəxsi iki ay müddətində qapalı otaqda saxlayan şəxs barəsində məhkəmə qərar çıxarıb
Şida Kartlidə fiziki məhdudiyyətli şəxsi iki ay otaqda bağlı saxlayan şəxs 6 il müddətinə azadlıqdan məhrum edilib.
Bu barədə InterPress.ge qartli.ge-yə istinadən xəbər verir.
Prokuror Otar Doxnadzenin sözlərinə görə, məhkum qulluq etmək istəmədiyi və ailəsi üçün həddindən artıq yük olduğunu düşündüyü, özünə qulluq edə bilməyən və sərbəst qidalana bilməyən fiziki məhdudiyyətli şəxsi azadlıqdan məhrum edib və ona qarşı qeyri-insani rəftar edib.
“2022-ci ilin martından mayın 5-dək olan müddətdə zərərçəkmiş yaşaması üçün lazımi şəraiti olmayan, dərman preparatları ilə təmin olunmayan, lazımi qayğı göstərilməyən və evin yaşayış üçün yararsız, kiçik otağında qapalı vəziyyətdə saxlanılıb. O özü qidalana və özünə qulluq edə bilməyib, buna görə də ağır fiziki və psixoloji iztirablar yaşayıb”, - prokuror qeyd edib.
Bundan əlavə, məhkəmənin qərarına əsasən, həmin şəxs əlavə olaraq 2000 lari cərimələnib.


