Sarp” gömrük-keçid məntəqəsində dəyəri yarım milyondan çox olan qızıl məmulatları aşkar edilib
Gömrük sərhədində gömrük qaydalarını pozmaqla xüsusilə külli miqdarda malların keçirilməsi faktı aşkar edilib.
InterPress.ge xəbər verir ki, bu barədə Maliyyə Nazirliyinin istintaq xidməti məlumat yayıb
“Maliyyə Nazirliyinin İstintaq Xidməti Gəlirlər Xidmətinin Gömrük İdarəsinin əməkdaşları ilə razılaşdırmaqla həyata keçirilmiş əməliyyat-axtarış tədbirləri və istintaq hərəkətləri nəticəsində Gürcüstanın gömrük sərhədində əvvəlcədən hazırlanmış qrup tərəfindən gömrük qaydalarını pozmaqla xüsusilə külli miqdarda malların keçirilməsi faktı aşkar edilib, iki nəfər barəsində cinayət işi başlanıb.
İstintaqla müəyyən edilib ki, təqsirləndirilən şəxslər “Sarp” gömrük-keçid məntəqəsindən gömrük nəzarətindən gizlədilmiş, müxtəlif məişət əşyaları içərisində gizlədərək, ümumilikdə, 4,447 qram, gömrük dəyəri 577 497 lari olan qızıl-zinət əşyalarını gömrük sərhədinə keçiriblər.
İstintaq Gürcüstan Cinayət Məcəlləsinin cəza kimi 8 ildən 11 ilədək müddətə azadlıqdan məhrumetməni nəzərdə tutan 214-cü maddəsinin 5-ci hissəsi ilə aparılır”, - deyə agentliyin açıqlamasında bildirilir.


