Gürcüstanın dövlət sərhədini qrup halında qanunsuz keçən xarici ölkə vətəndaşları saxlanılıb
Hüquq-mühafizə orqanlarının əməkdaşları qrup halında Gürcüstanın dövlət sərhədini qanunsuz keçən iki xarici ölkə vətəndaşını həbs ediblər.
InterPress.ge xəbər verir ki, bununla bağlı Sərhəd Polisi məlumat yayıb.
Agentliyin məlumatına görə, təqsirləndirilən şəxslər Gürcüstanın dövlət sərhədini Türkiyə Respublikasından keçiblər.
“DİN Sərhəd Polisi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbiri nəticəsində Axalçixe divizionunun “Çaralı” sərhəd bölməsinin mühafizə bölmələrində iki xarici ölkə vətəndaşı - 2004 il təvəllüdlü E.Q. və 2001-ci il təvəllüdlü M.M qrup halında Gürcüstanın dövlət sərhədini qanunsuz keçdikləri üçün həbs ediliblər.
Cinayət beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.
İstintaq müəyyən edib ki, təqsirləndirilən şəxslər sərhəd-nəzarət məntəqəsindən yan keçərək Türkiyə Respublikasından Gürcüstan istiqamətində Gürcüstanın dövlət sərhədini qanunsuz keçiblər.
İstintaq Gürcüstan Cinayət Məcəlləsinin 344-cü maddəsinin 2-ci hissəsinin “A” yarımbəndi ilə aparılır ki, bu da qrup halında Gürcüstanın dövlət sərhədini qanunsuz keçməyi nəzərdə tutur”, - deyə agentlik bildirib.


