26 
Okt
2024
21:59
408

MSK: Hazırda dairə seçki komissiyalarına 337 şikayət daxil olub

Gürcüstan üzrə seçici fəallığı 2 060 412 nəfər təşkil edib ki, bu da ümumi seçicilərin 58,94%-ni təşkil edir.

InterPress.ge xəbər verir ki, bu barədə Mərkəzi Seçki Komissiyasının sözçüsü Natia İoseliani brifinqdə bildirib.

“Səsvermə prosesi başa çatıb. Seçki günü əsasən dinc və təhlükəsiz keçdi. Bəzi hallarda insidentlər və texniki səhvlər qeydə alınsa da, bütün hallarda seçki administrasiyası qanunvericiliyə uyğun olaraq operativ reaksiya verib.

Hazırki məlumatlara görə, Gürcüstan üzrə seçici fəallığı 2 060 412 nəfər təşkil edib ki, bu da ümumi seçicilərin 58,94%-ni təşkil edir. Yüksək dağlıq ərazilərin 5 məntəqəsindən məlumat almaq mümkün olmadığından bu, yekun məlumat deyil.

Hazırda seçki məntəqələrində qanunvericiliklə müəyyən edilmiş prosedurlar həyata keçirilir. Belə ki, seçkilərin nəticələrinin ictimaiyyətə tez bir zamanda məlum olması üçün bütün səviyyələrdə seçki komissiyasının üzvləri işlərini davam etdirirlər.

Bildiyiniz kimi, icmal protokollar Dairə Seçki Komissiyasından yan keçməklə planşet vasitəsilə birbaşa Mərkəzi Seçki Komissiyasına göndərilir ki, bu da nəticələrin işlənilməsi və sonrakı dərci üçün vaxtı daha da azaldır.

Hazırda results.cec.gov.ge xüsusi internet saytına səs sayma maşınlarından çap edilmiş 1000-dən çox səsin ilkin nəticələrinin hesabatı, yəni qəbz artıq yüklənib.

Seçicilərə fəallıqlarına görə təşəkkür etmək istərdim, proses göstərdi ki, onlar yeni texnologiyalara asanlıqla uyğunlaşdılar. İştirak edən tərəflərə, müşahidəçilərə və mediaya da təşəkkür edirəm.

Hazırda dairə seçki komissiyalarına 337 şikayət daxil olub. Şikayətlər əsasən aşağıdakı məsələlərlə bağlı yazılıb: məxfiliyin pozulması, markalanma qaydalarının pozulması, məntəqədən kənarda baş vermiş faktlar, təşviqat qaydalarının pozulması, müşahidəçi/nümayəndə hüquqlarının pozulması.

Burada xatırladırıq ki, istəyən hər kəs Mərkəzi Seçki Komissiyasında seçkilərin ilkin nəticələrinin yekunlaşdırılması prosesini internet yayımı vasitəsilə onlayn müşahidə etmək imkanı əldə edəcək. Yayım MSK-nın rəsmi Facebook və Youtube sosial şəbəkələrində həyata keçiriləcək.

Seçki administrasiyası gün ərzində ictimaiyyətə düzgün məlumatların vaxtında çatdırılmasını təmin ediblər. MSK-nın əlaqə mərkəzi səhər saat 06:45-dən işləyir - 2 51 00 51. Əlaqə mərkəzinin əməkdaşları indiyədək 3000-ə yaxın zəng və 900 mesaja cavab veriblər”, - İoseliani bildirib.

Bizimlə əlaqə saxlayın