18 
Avq
2026
20:33
74

İrakli Qaribaşvili: “Korrupsiya ittihamının irəli sürülməsi və etiraf edilməsi tələb olunurdu”

Gürcüstanın həbsdə olan keçmiş baş naziri İrakli Qaribaşvili özünün yaydığı yeni məktubda həbsə düşməsinin səbəbləri və siyasi gələcəyi ilə bağlı açıqlamalar verib.

InterPress.ge xəbər verir ki, Qaribaşvili məktubunda iyul ayında ona “Gürcü Arzusu” fraksiyasının sədri Mamuka Mdinaradze tərəfindən daha əvvəl yayımladığı məktubun göndərildiyini bildirib.

Qaribaşvilinin sözlərinə görə, həmin gün mövqeyini qarşı tərəfə çatdırıb və bir daha siyasətə qayıtmaq niyyətində olmadığını bildirib. Lakin ona cavab olaraq siyasətə qayıtması ilə bağlı hələ də 1 faizlik riskin qaldığı və bu riskin aradan qaldırılması üçün ona korrupsiya ittihamının irəli sürülməsinin və həmin ittihamı etiraf etməsinin zəruri olduğu bildirilib.

Keçmiş baş nazir bunun onun üçün “qırmızı xətt” olduğunu və həyatında ən çətin addımı atmasına səbəb olduğunu qeyd edib.

Qaribaşvili başqa çıxış yolunun qalmadığını və mübarizəyə başlamağa məcbur edildiyini bildirib.

“Cəmiyyətə həqiqəti demək istəyirəm: niyə həbsxanada olduğumu. Ötən il başlayan qondarma ‘korrupsiyaya qarşı mübarizə’ kampaniyasının əsas məqsədi məni həbsə atmaq və siyasi cəhətdən məhv etmək olub. Tam məsuliyyətlə bəyan edirəm ki, komanda və mənim üçün dəyərli olan insanla qarşıdurmaya girməmək üçün hər şeyi etdim.

Məhz bu məqsədlə hüquqi mübarizədən imtina etdim və dövlətin və komandanın maraqlarına zərər vurmamaq üçün mənim üçün dağıdıcı olan prosesin sonuna qədər getdim.

Təəssüf ki, bunun əvəzində qurulmuş çirkli təxribat, çoxsaylı yalanlar və ədalətsizliklə qarşılaşdım. Bütün bu müddət ərzində cəmiyyət məndən bir kəlmə də eşitməyib. Mən bu sınağı tam səbrlə qəbul etdim.

Lakin gözlənilmədən, iyul ayında dünən yayımladığım məktubu aldım. Məktubu mənə Mamuka Mdinaradze göndərmişdi. Həmin gün mən mövqeyimi ona çatdırdım və bir daha siyasətə qayıtmaq niyyətində olmadığımı bildirdim. Sözügedən ‘riskdən’ sığortalanmaq üçün də öz təklifimi irəli sürdüm.

Lakin onlar cavab olaraq bildirdilər ki, mənim siyasətə qayıtma ehtimalımla bağlı yenə də 1 faizlik risk qalır və bunun qarşısını almaq üçün mənə korrupsiya ittihamı irəli sürülməsi və həmin ittihamı mənim etiraf etməyim zəruridir.

Bu, həyatımda ən çətin addımı atmağıma səbəb olan qırmızı xətt idi. Buna görə də artıq başqa çıxış yolum olmadığı üçün məni mübarizəyə başlamağa məcbur edirlər”, – deyə Qaribaşvili yazıb.

Bizimlə əlaqə saxlayın