18 
Avq
2026
14:47
339

İrakli Kobaxidze: “Korrupsiya cinayətini etiraf edən şəxsin siyasi planlarından necə danışmaq olar?”

Gürcüstanın Baş naziri İrakli Kobaxidze həbsdə olan keçmiş baş nazir İrakli Qaribaşvilinin siyasi planları ilə bağlı suala münasibət bildirib.

InterPress.ge xəbər verir ki, Kobaxidze korrupsiya cinayətini etiraf etmiş şəxsin siyasi gələcəyi və planları barədə danışmağın çətin olduğunu deyib.

“İnsan korrupsiya cinayətini etiraf edibsə, hansı siyasi planlardan söhbət gedə bilər? Bütün bunları təsəvvür etmək mənim üçün çətindir”, – deyə Kobaxidze bildirib.

Baş nazirin sözlərinə görə, şəxs öz siyasi komandasına qarşı çıxdıqdan sonra müxalifətin müxtəlif qanadları tərəfindən qəhrəman və siyasi məhbus elan edilir.

“Hər dəfə belə olur. Elə insanlar var ki, müxalifətin bütün qanadları onları ən mənfur insanlar kimi təqdim edir. Daha sonra həmin şəxs öz komandasına qarşı çıxanda isə onu qəhrəman, siyasi məhbus və sair elan edirlər. Bu, sadə sxemdir və bu sxem bizim üçün maraqlı deyil.

Siz insanları ən mənfur siyasətçilər elan edirdiniz, daha sonra isə onlar sizin efirlərinizə çıxır və siz onları qəhrəman, siyasi məhbus və ən sevilən siyasətçilər kimi təqdim edirsiniz.

Müxalifət konkret şəxsi siyasi məhbus elan etdikdə, bu da müəyyən nəticələr çıxarmağa imkan verir. İnsan korrupsiya cinayətini etiraf edibsə, hansı siyasi planlardan söhbət gedə bilər? Bütün bunları təsəvvür etmək mənim üçün çətindir”, – deyə baş nazir qeyd edib.

Bizimlə əlaqə saxlayın