Multikultural Gürcüstan” seçkidən sonrakı dövrdə etnik azlıqlara qarşı tez-tez nifrət nitqinin səsləndirilməsi faktlarını müzakirə edib
Oktyabrın 30-da “Multikultural Gürcüstan” birgə vətəndaş hərəkatı Gürcüstanın etnik azlıqlarının icma təşkilatlarının rəhbərləri ilə xüsusi görüş keçirib.
InterPress.ge xəbər verir ki, bu barədə “Multikultural Gürcüstan” vətəndaş hərəkatı məlumat yayıb.
Məlumata görə, görüşdə seçkidən sonrakı dövrdə etnik azlıqlara qarşı nifrət dolu ifadələrin səsləndirilməsi faktları müzakirə olunub. Görüşdə qeyd olunan problemin aradan qaldırılması istiqamətində atılacaq gələcək addımlar və konkret tədbirlər planı müzakirə olunub.
“İclasın sonunda nifrət nitqinin ifadəsi və təhrikinin hər bir halına, o cümlədən sosial müdafiə vasitələri ilə vaxtında və səmərəli reaksiyanın daha da təmin edilməsi , xüsusi mexanizmin formalaşdırılması və ictimai kampaniyaların həyata keçirilməsi məqsədilə siyasi qurumlara, ictimai təşkilatlara və KİV-lərə müraciətin hazırlanması barədə qərar qəbul edilib. , - deyə məlumat yayılıb.


