03 
Nybr
2024
14:36
369

Bu tarixdən Gürcüstanda mövsümi qripə qarşı peyvənd pulsuz olacaq

Noyabrın 4-dən bütün ölkə ərazisində mövsümi qripə qarşı peyvənd pulsuz olacaq.

InterPress.ge xəbər verir ki, bu barədə Milli Xəstəliklərə Nəzarət Mərkəzi məlumat yayıb.

Məlumata görə, immunizasiya ÜST-nin tövsiyə etdiyi peyvəndlərdən biri olan Abbott Biologicals B.V. tərəfindən istehsal olunan dördkomponentli vaksinlə həyata keçirilir.

Peyvənd qrip mövsümündə dövriyyəyə buraxılması gözlənilən suşlara uyğunlaşdırılıb.

“Proqram çərçivəsində risk qrupları birinci mərhələdə qrip virusuna qarşı peyvənd edilib.İndiyədək ölkə üzrə 37 mindən çox vətəndaş peyvənd edilib.

Peyvənd Peyvəndləmə xidməti göstərən tibb müəssisələrində 6 aylıq yaşdan etibarən həyata keçirilir və tamamilə pulsuzdur"  - məlumatda deyilir.

Mövsümi qripə qarşı peyvənd xidmətləri göstərən müəssisələrin siyahısı ilə  aşağıdakı linkdən tanış ola bilərsiniz:

https://ncdc.ge/#/pages/content/666ecf18-b8a9-446b-8a9d-f48cfb1e6c22

Bizimlə əlaqə saxlayın