07 
Nybr
2024
20:38
175

Kobaxidze slovakiyalı həmkarını Gürcüstana dəvət edib

Gürcüstanın baş naziri İrakli Kobaxidze Budapeştdə Slovakiyanın baş naziri Robert Fizo ilə görüşüb və onu Gürcüstana dəvət edib. 

InterPress.ge xəbər verir ki, bu barədə hökumət administrasiyası məlumat yayıb.

"Gürcüstanın Baş naziri İrakli Kobaxidze Avropa Siyasi Birliyinin Sammiti çərçivəsində Slovakiya Respublikasının Baş naziri Robert Fizo ilə görüşüb. 

Slovakiyanın baş naziri İrakli Kobaxidzeni hakim komandanın parlament seçkilərində qələbəsi münasibətilə təbrik edib. 

Görüşdə ikitərəfli münasibətlərin müxtəlif sahələrdə inkişafının müsbət dinamikasına diqqət yetirilib və tərəfdaşlığın daha da dərinləşdirilməsinə hazır olduqları bildirilib. 

Baş nazir İrakli Kobaxidze slovakiyalı həmkarına Gürcüstanın Avropa və Avro-Atlantik inteqrasiya prosesinə verdiyi qəti dəstəyə görə təşəkkür edib. 

Hökumət başçısı qeyd edib ki, Avropaya inteqrasiya ölkənin xarici siyasətinin əsas prioritetlərindən biridir və bu prosesdə tərəfdaşların dəstəyi xüsusi əhəmiyyət kəsb edir.  

Tərəflər, həmçinin sektorlararası əməkdaşlıq, ticarət-iqtisadi potensial və turizmin təşviqi barədə danışıblar. 

Baş nazir slovakiyalı həmkarını Gürcüstana rəsmi səfərə dəvət edib".

 

Bizimlə əlaqə saxlayın