Baytarlıq klinikaları, baytarlıq aptekləri və heyvan mağazalarında qanun pozuntuları aşkar edilib
Bu ilin üçüncü rübündə Milli Qida Agentliyinin müfəttişləri tərəfindən 190-dan çox obyektə baxış keçirilib, cəmi 5 halda qanun pozuntusu aşkar edilib.
InterPress.ge xəbər verir ki, bu barədə Milli Qida Agentliyi məlumat yayıb.
Qurumun hesabatına görə, aşkar edilən qanun pozuntuları arasında dövlət qeydiyyatına alınmamış, saxlama müddəti ötmüş dərman vasitələrinin satışı və təsərrüfat fəaliyyətinin reyestrində qeydə alınmaması halları da var.
“Milli Qida Agentliyinin müfəttişləri baytarlıq klinikalarında, baytarlıq apteklərində və ev heyvanı mağazalarında davamlı dövlət nəzarəti həyata keçirir. Bu ilin üçüncü rübündə 190-dan çox obyektə baxış keçirilib, onlardan cəmi 5 halda qanun pozuntusu aşkar edilib. Aşkar edilmiş qanun pozuntuları arasında dövlət qeydiyyatına alınmamış, saxlama müddəti ötmüş dərman vasitələrinin satışı və təsərrüfat fəaliyyətinin reyestrində qeydə alınmaması halları da var.
Ev heyvanlarının sağlamlığının və fermerlərin mənafelərinin qorunması məqsədilə Milli Qida Agentliyi bütün ölkə ərazisində fəal şəkildə dövlət nəzarətini həyata keçirir; Müfəttişlər laboratoriya tədqiqatları üçün nümunələr götürürlər.
Milli Qida Agentliyi istehlakçıya xəbərdarlıq edir: baytarlıq preparatları alarkən etiketini diqqətlə oxumaq, istifadə qaydalarına və son müddətlərə riayət etmək vacibdir. Pozuntu aşkar etsəniz, 15 01 qaynar xəttinə müraciət edin”, - məlumatda deyilir.


