Mitin iştirakçıları parlamentə daxil olan deputatları bu cür qarşıladılar
“Ruslar, qullar!” şüarları ilə parlamentin yaxınlığında toplaşan aksiya iştirakçıları "Gürcü arzusu”nun seçki siyahısı ilə seçilən deputatlarına səslənib.
InterPress.ge xəbər verir ki, etirazçıların bir çoxu artıq qanunverici orqanın qarşısındadır.
Onlar maşınla parlamentin həyətinə daxil olurlar.
Parlamentin yaxınlığında aksiya keçirən Gürcüstan vətəndaşları “Gürcü arzusu” hökumətinin 26 oktyabr seçkilərini saxtalaşdırdığını iddia edir, ona görə də onların sözlərinə görə, bu seçkilərin nəticələrini tanımır və təkrar seçkilərin keçirilməsini tələb edirlər.
Hazırda aksiya iştirakçılarının bir hissəsi Parlamentin qarşısında, Rustaveli prospektində, həm də Çitadze küçəsinin hissəsində və Parlamentin arxa tərəfində, Çiçinadze küçəsinin küncündə toplaşıblar.
Hüquq-mühafizə orqanlarına gəlincə, Daxili İşlər Nazirliyinin nümayəndələri Çitadze küçəsində və parlament binasının arxa girişindədirlər.
Məlumat üçün bildirək ki, bu gün saat 12:00-da XI çağırış parlamentin ilk iclası açılacaq. “Gürcü arzusu” partiyasının seçki siyahısı ilə seçilən deputatlar Parlament Sarayına toplaşır. Onlar MSK-nın verdiyi müvəqqəti arayışlar əsasında qeydiyyata alınıb.
“Gürcü arzusu”ndan başqa baryeri keçən partiyaların heç biri 26 oktyabr seçkilərinin nəticələrini tanımayacaq və parlamentə daxil olmayacaq.


