Cim Riş: Gürcüstan hökuməti avropapərəst nümayişlərə qarşı sərt tədbirlər görür
"Əsas hüquqları qorumaq üçün əlimizdə olan vasitələrdən necə istifadə edəcəyimizi düşünməliyik".
InterPress.ge xəbər verir ki, bu barədə ABŞ Senatının Xarici Əlaqələr Komitəsinin üzvü, senator Cim Riş (Respublika Partiyası) ABŞ Senatının Xarici Əlaqələr Komitəsində “Maqnitski aktı”na dair dinləmələrdə bildirib.
Onun sözlərinə görə, son bir həftə ərzində Gürcüstan hökuməti avropapərəst nümayişlərə qarşı qəddar tədbirlər həyata keçirir.
"Biz həmişə Maqnitski Aktının icrasını ən təsirli üsullarla necə təkmilləşdirəcəyimizi düşünməliyik. Son bir həftə ərzində Gürcüstan hökuməti avropapərəst nümayişlərə qarşı sərt tədbirlər görür və biz əsas hüquqları qorumaq və insanların öz gələcəklərinə dair azad və ədalətli şəkildə qərar verə biləcəyi mühiti qorumaq üçün əlimizdə olan vasitələrdən necə istifadə edəcəyimizi düşünməliyik”.
Cim Riş Salome Zurabişvili ilə telefon danışığını təşkil etdiyinə görə senator Cin Şahinə (Demokratik Partiya) təşəkkür edib və irəliləyişlərə ümid etdiyini bildirib.


