19 
Dek
2024
18:22
350

Böyük Britaniya Gürcüstanın daxili işlər nazirinə qarşı sanksiya tətbiq edib

Böyük Britaniya Gürcüstanın daxili işlər naziri Vaxtanq Qomelauri və ölkənin bir neçə vəzifəli şəxsinə qarşı sanksiya tətbiq edib.

InterPress.ge xəbər verir ki, sanksiyalar daxili işlər nazirinin müavini Aleksandr Daraxvelidze, Tbilisi Polis Departamentinin rəisi Sulxan Tamazaşvili, Daxili İşlər Nazirliyi Xüsusi Tapşırıqlar Departamentinin rəisi, Gürcüstan xüsusi təyinatlılarının rəhbəri Zviad Xarazişvili və onun müavini Mileri Laqazauriyə də şamil edilib.

Sanksiyaya məruz qalan şəxslərin Böyük Britaniyaya səfərləri qadağan ediləcək və əgər varsa, onların aktivləri dondurulacaq.

İyun ayında Böyük Britaniya illik strateji Wardrop Dialoqunu dayandırıb. Qomelauriyə Britaniyadan əlavə Estoniya, Litva və Latviya da sanksiya qoyub.

Bizimlə əlaqə saxlayın