19 
Dek
2024
21:36
767

İmam Zaman adına "Xilas" fondu aztəminatlı ailəni sevindirib

Marneulidə fəaliyyət göstərən İmam Zaman adına "Xilas" fondu Qızılhacılı kəndində yaşayan aztəminatlı bir ailəyə dəstək olub.

InterPress.ge xəbər verir ki, fond ailəyə 12 min 500 lari dəyərində 3 iri və 3 xırda buynuzlu heyvan bağışlayıb.

Xəbər portalına müsahibə verən fondun nümayəndələri bildiriblər ki, bu xeyriyyə təşəbbüsünün əsas məqsədi ailəni yoxsulluqdan çıxarmaq və onları davamlı gəlir mənbəyi ilə təmin etməkdir.

Qeyd edək ki, bir neçə ay əvvəl inanclı gənclərin təşəbbüsü ilə təsis olunan İmam Zaman adına "Xilas" Fondu fəaliyyətə başladığı gündən sosial cəhətdən həssas ailələrə dəstək göstərməyə, onların iş və gəlir imkanlarını artırmağa çalışır.

Fondun təşkilatçıları xeyriyyə işlərinə dəstək olan hər bir şəxsə dərin təşəkkürlərini ifadə ediblər.

Bizimlə əlaqə saxlayın