Gürcüstanda 613 məhkum əfv edildi
Mixeil Qavelashvili 613 məhkum şəxsi əfv edib.
InterPress.ge xəbər verir ki, bu barədə prezident seçilmiş Mixeil Qavelashvili özünün sosial şəbəkə hesabında məlumat yayıb.
Məlumata görə, əfv Epifaniya bayramı ilə əlaqədar həyata keçirilib və “humanizm prinsipinə” əsaslanır.
“Gürcüstan Prezidenti Mixeil Qavelashvili Epifaniya bayramı ilə əlaqədar 613 məhkum əfv edib.
Gürcüstan Prezidentinin Konstitusiya ilə ona verilmiş səlahiyyətdən istifadə etməsi humanizm prinsipinə və dövlət maraqlarına əsaslanır.
Nümayiş etdirilən humanist yanaşma sayəsində əfv edilən şəxslərə ailələrinə qayıtmaq və cəmiyyətin tamhüquqlu üzvləri olmaq imkanı verildi,” – deyə Mixeil Qavelashvilinin "Facebook" səhifəsində yayılan məlumatda qeyd olunub.


