ABŞ Prezidenti Donald Tramp: Amerikanın "Qızıl Çağı" başlayır
"İndi Amerika üçün Qızıl Çağ başlayır"
InterPress.ge xəbər verir ki, bu barədə ABŞ Prezidenti Donald Tramp, inaugurasiya mərasimində çıxışi zamanı bildirib.
O, ölkəsinin yeni dövrə qədəm qoyduğunu vurğulayaraq, gələcəkdə ölkənin dünya miqyasında daha çox hörmət qazanacağını bildirib.
"Bu gündən etibarən ölkəmiz yenidən çiçəklənəcək və bütün dünyada hörmət qazanar. Hər bir ölkə bizim uğurlarımıza həsəd aparacaq və biz özümüzə heç vaxt icazə verməyəcəyik ki, başqaları bizim yaxşı niyyətlərimizdən sui-istifadə etsin. Bizim əsas prioritetimiz fəxr edən, çiçəklənən və azad bir ölkə qurmaq olacaq. Amerika tezliklə daha böyük, güclü və heç vaxt olmadığı qədər fərqli olacaq,"-deyə Tramp çıxışında bildirib.
Tramp əlavə edib ki, ölkə boyu dəyişikliklər dalğası yayıldı və "günəş işığı bütün dünyada parlayır, Amerika bu fürsəti istifadə etmək şansına sahibdir, heç vaxt olduğu kimi."


