ABŞ Prezidentinin xüsusi nümayəndəsi Kit Kelloq Kiyevə səfər edib
ABŞ Prezidentinin Ukrayna və Rusiya məsələləri üzrə xüsusi nümayəndəsi Kit Kelloq Kiyevə səfər edib.
InterPress.ge xəbər verir ki, bu barədə Ukrayna mətbuatı məlumat yayıb.
Donald Trampın xüsusi nümayəndəsini Kiyev Dəmir Yolu Vağzalında ABŞ-ın Ukraynadakı səfiri Brijit Brink qarşılayıb.
Kelloqun sözlərinə görə, bu səfər potensial danışıqlar üçün yaxşı bir imkan yaradır.
“Biz Ukraynanın mövqeyini dinləməyə gəlmişik və lazım olan dəstəyi ayırmağa hazırıq. Biz təhlükəsizlik zəmanətlərinin vacibliyini anlayırıq. Mənim missiyamın bir hissəsi Ukraynanın mövqeyini dinləməkdən ibarətdir. Daha sonra ABŞ-a qayıdacağam və prezident Tramp ilə müzakirələr aparacağam ki, vəziyyəti tam dəqiqliyi ilə başa düşək. Donald Tramp anlayır ki, insanlar əziyyət çəkir və müharibənin gətirdiyi dağıntıları görür. Biz bu münaqişəni bitirmək istəyirik,” – deyə Kelloq bəyan edib.


