23 
Apr
2025
17:28
186

Gürcüstanda yaşayış minimumu alanların sayı 700 mini ötüb

Gürcüstanda yaşayış minimumu alanların sayı bir il ərzində 7% artaraq 700 mini ötüb.

InterPress.ge xəbər verir ki, özünü yoxsul hesab edənlərin sayı 1 milyon 282 min nəfərdən çoxdur.

Daha dəqiq desək, Sosial Xidmətlər Agentliyinin son məlumatlarına görə, 2025-ci ilin mart ayına yaşayış müavinəti alan və sosial cəhətdən həssas qrup statusuna malik olan şəxslərin sayı 700 740 nəfərdir ki, onlardan 465 183 nəfəri yalnız yaşayış müavinəti alanlar, 235 287 nəfəri isə məşğulluğun təşviqi proqramına cəlb edilmiş şəxslərdir.

Həmin qurumun məlumatına görə, 2024-cü ilin mart ayına 655 073 nəfər yaşayış müavinəti alırdı ki, onlardan 217 113 nəfəri məşğulluq proqramına cəlb olunub, 437 960 nəfər isə yalnız müavinət alır.

Bundan əlavə, mart ayına olan məlumata görə, Sosial Xidmətlər Agentliyinin məlumat bazasında qeydiyyatda olan, yəni özünü yoxsul və yardıma ehtiyacı olan hesab edənlərin sayı 1 milyon 282 min 280 nəfərdir. 2024-cü ilin mart ayında belə insanların sayı 1 milyon 224 min nəfər olub.

Sakstatın məlumatına görə, hazırda Gürcüstanda 3 694 600 nəfər yaşayır. Müvafiq olaraq, bu məlumatlara əsasən məlum olur ki, bu gün Gürcüstanda demək olar ki, hər üçüncü şəxs özünü yoxsul hesab edir, hər beşinci adam isə yoxsulluq həddindən aşağıdır və dövlət tərəfindən müavinət alır.

Bizimlə əlaqə saxlayın