01 
May
2025
21:35
575

Marneulidə abituriyentlər üçün sınaq imtahanı keçiriləcək

Marneulidə abituriyentlər üçün sınaq imtahanı keçiriləcək.

InterPress.ge xəbər verir ki, 4 may 2025-ci il bazar günü saat 10:00-da Marneuli N1 saylı şəhər məktəbində ümumi qabiliyyət testi üzrə (1+4 proqramı çərçivəsində verbal və riyaziyyat fənləri) sınaq imtahanı təşkil olunacaq.

Təşkilatçılar bildirirlər ki, imtahan "Vahid Milli İmtahan" səviyyəsində keçiriləcək və abituriyentlər üçün öz biliklərini yoxlamaq üçün əla fürsət olacaq. Sınaq imtahanında iştirak ödənişlidir (5 lari).

Yerlərin məhdud olduğu qeyd edilir. Qeydiyyatdan keçmək istəyənlər 558 72 04 83 nömrəsi ilə əlaqə saxlaya və ya WhatsApp vasitəsilə ad və soyadlarını yazaraq qeydiyyatdan keçə bilərlər.

İmtahan Marneuli N1 saylı şəhər məktəbində baş tutacaq.

Bizimlə əlaqə saxlayın